Prezident Ərdoğana başsağlığı verib

17:47 | 21.01.2025
Prezident Ərdoğana başsağlığı verib

Prezident Ərdoğana başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Türkiyədə oteldə baş verən yanğında ölən 66 nəfərin ölümü ilə bağlı başsağlığı verib.

Başsağlığında deyilir:


"Hörmətli cənab Prezident, əziz Qardaşım.


Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin otelində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbəri bizi olduqca sarsıtdı.


Bu faciə ilə əlaqədar kədərinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.


Allah rəhmət eləsin!”

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM