Prezident fərman verdi

10:54 | 01.07.2014
Prezident fərman verdi

Prezident fərman verdi

Ölkə başçısı “Yaşıllıqların mühafizəsi haqqında” qanununun tətbiqi barədə fərman verib. 
ANN.Az-ın məlumatına görə, fərmanda deyilir ki, Nazirlər Kabineti 3 ay müddətinə Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası prezidentinin aktlarının “Yaşıllıqların mühafizəsi haqqında” qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin;
Həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanun layihələrini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
Həmin Qanunun 3-cü maddəsində nəzərdə tutulan həyətyanı və bağ sahələrinin hüququ statusunu müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM