Prezident general rütbəsi verdi

16:41 | 05.05.2014
Prezident general rütbəsi verdi

Prezident general rütbəsi verdi

Prezident İlham Əliyev Teymur Mehdiyevə ali rütbə verilməsi ilə bağlı sərəncam imzalayıb. ANS PRESS-in məlumatına görə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alınır ki, fövqəladə hallar nazirinin müavini Teymur Ramiz oğlu Mehdiyevə general-mayor ali hərbi rütbəsi verilsin.Qeyd edək ki, Teymur Mehdiyev 1997-1999-cu illərdə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində çalışıb. 1999-2001-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində işləmişdir. 2001-2004-cü illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində işləyib.2004-2006-cı illərdə Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006-2011-ci illərdə isə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini vəzifələrində çalışıb.2011-ci il martın 16-da Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib.2011-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsi verilib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür