• $
  • €
  • ₽
  • ₺
  • £

İlham Əliyev GÖSTƏRİŞ VERDİ - Bu problem həll olunur

İlham Əliyev GÖSTƏRİŞ VERDİ - Bu problem həll olunur
22.11.2019 16:02
Bakı-Sumqayıt yolunun tıxac problemini aradan qaldıran layihənin icrasına başlanılıb.

Bununla bağlı Anews.az-a açıqlama verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli bildirib ki, yeni layihə "Şamaxı yolu" və "20 Yanvar” dairəsi adlanan ərazidəkı tıxac problemini də həll edəcək:
"Ölkə başçısının tapşırığına uyğun olaraq,  Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Sumqayıt hissəsində tıxacın aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən yol boyu baxış keçirilərək təkliflər hazırlanıb. Həmin təkliflər Prezident Administrasiyasına təqdim olunub. Onlardan birinin üzərində dayanılıb və hazırda ilkin işlərə start verilib. Buna əsasən, həmin ərazidən dəmiryolu körpüsü keçir. Həmin körpününün altından daha ikizolaqlı olmaqla yolun genişləndirilməsi işləri həyata keçirilir. Ümumilikdə, ərazilərdən asılı olaraq yolun 6-18-ci kilometrlik hissəsinin 2-3 hərəkət zolağı enində genişləndirilməsi nəzərdə tutulur. Bunun davamı olaraq, Xırdalan dairəsi adlanan ərazinin 11-ci kilometrlik hissəsində daha ikizolaqlı olmaqla hər iki istiqamət üzrə tunelin tikintisidir.

Bundan başqa, Xırdalan-Binəqədi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün ikizolaqlı olmaqla yeni yolun inşası aparılacaq. Artıq "20 Yanvar” dairəsindən gələn Moskva prospekti boyunca hərəkət edən nəqliyyat vasitələri Moskva prospektində yerləşən tuneldən keçməklə heç yerə dönmədən Sumqayıt istiqamətində hərəkət edə biləcəklər. Eyni işlər əks istiqamət üzrə də həyata keçiriləcək.

Həmçinin, "20 Yanvar” dairəsində adlanan ərazidə, "Şamaxı yolu" adlanan ərzidə sıxlığın aradan qaldırılması üçün də bir layihə üzərində işlər gedir. Onunla da bağlı təkliflər hazırlanır. Qeyd edim ki, Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri "Şamaxı yolu",  "20 Yanvar” dairəsinə daxil olmadan Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçməklə dairəvi yolun alt hissəsində inşa olunacaq tunel vasitəsilə birbaşa Abbas Mirzə Şərifzadə küçəsi və "20 Yanvar” dairəsi istiqamətində hərəkət edə biləcəklər. O cümlədən, əks istiqamətdə də oradan gələn nəqliyyat vasitələri Sumqayıt, Biləcəri istiqamətinə rahat çıxış əldə edə biləcəklər. Bu da "Şamaxı yolu" və "20 Yanvar” dairəsi adalanan ərazidə sıxlığın aradan qaldırılmasına gətirib çıxaracaq”.(redaktor az)

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Cəmiyyət 14:50
Qazaxda 3 ton ot bağlaması yanıb - video
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Cəmiyyət 12:48
Sabah Azərbaycanda intensiv yağış yağacaq, külək əsəcək
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Cəmiyyət 12:30
Rumıniya yaxınlığında azərbaycanlıların olduğu gəmiyə dron hücumu olub
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
Cəmiyyət 22:33
Bakıda 17 yaşlı tibb tələbəsi yataqxanada ölü tapılıb - yenilənib
BDYPİ sürücülərə xəbərdarlıq edib
Cəmiyyət 19:20
BDYPİ sürücülərə xəbərdarlıq edib
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Cəmiyyət 17:50
Sərnişin avtobusunda soyğunçuluq edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Cəmiyyət 17:14
Küləkli hava şəraiti ilə əlaqədar gəmilərə xəbərdarlıq edilib
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Cəmiyyət 16:03
Ramanada avtomobildən 6 min manat oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Cəmiyyət 15:28
Kamran Əliyev argentinalı həmkarı ilə əməkdaşlığı müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol