Bakı-Sumqayıt yolunun tıxac problemini aradan qaldıran layihənin icrasına başlanılıb.
"Ölkə başçısının tapşırığına uyğun olaraq, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Bakı-Sumqayıt hissəsində tıxacın aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən yol boyu baxış keçirilərək təkliflər hazırlanıb. Həmin təkliflər Prezident Administrasiyasına təqdim olunub. Onlardan birinin üzərində dayanılıb və hazırda ilkin işlərə start verilib. Buna əsasən, həmin ərazidən dəmiryolu körpüsü keçir. Həmin körpününün altından daha ikizolaqlı olmaqla yolun genişləndirilməsi işləri həyata keçirilir. Ümumilikdə, ərazilərdən asılı olaraq yolun 6-18-ci kilometrlik hissəsinin 2-3 hərəkət zolağı enində genişləndirilməsi nəzərdə tutulur. Bunun davamı olaraq, Xırdalan dairəsi adlanan ərazinin 11-ci kilometrlik hissəsində daha ikizolaqlı olmaqla hər iki istiqamət üzrə tunelin tikintisidir.
Bundan başqa, Xırdalan-Binəqədi istiqamətində avtonəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün ikizolaqlı olmaqla yeni yolun inşası aparılacaq. Artıq "20 Yanvar” dairəsindən gələn Moskva prospekti boyunca hərəkət edən nəqliyyat vasitələri Moskva prospektində yerləşən tuneldən keçməklə heç yerə dönmədən Sumqayıt istiqamətində hərəkət edə biləcəklər. Eyni işlər əks istiqamət üzrə də həyata keçiriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !