Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. AzərTac-ın verdiyi məlumata görə, İlham Əliyev İqor Popovu (Rusiya), Ceyms Uorliki (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib.Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyət müzakirə olunub. Hazırkı vəziyyətin perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !