Az
ərbaycan Respublikasının Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Pyer Andryönü (Fransa), ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki və Devid Salvonu (ABŞ-dan olan həmsədrin köməkçisi) qəbul edib.Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.Qeyd edək ki, görüşdə amerikalı həmsədr Ceyms Uorlik iştirak etməyib. Belə ki, o həmkarları ilə birgə Bakıya gəlməyib.
Bizi sosial şəbəkələrdə izləyin !