• $ 1.7
  • € 1.9814
  • ₽ 0.022222
  • ₺ 0.0399
  • £ 2.2681

"Prezident Heydər Əliyev" tankeri istismara qaytarılıb

14.02.2018 19:18
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Dəniz Nəqliyyat Donanmasına məxsus "Prezident Heydər Əliyev” tankerinin təmiri başa çatıb.

QSC-dən Trend-ə verilən məlumata görə, "Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb.

Təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi təmizlənərək rənglənib. Yük anbarlarında və ballast çənlərində gövdə-qaynaq işləri görülüb. Boru işləri yerinə yetirilib.

Eyni zamanda, köməkçi mühərriklər təmir olunub, yeni nasoslar quraşdırılıb. Gəmidə elektrik avadanlıqları tamamilə sazlanıb.

Gəmi təmirçiləri xidməti və yaşayış otaqlarının da heyətin ürəyincə olması üçün əllərindən gələni əsirgəməyiblər.

Xatırladaq ki, "Prezident Heydər Əliyev” gəmisi "AXDG” QSC-nin nəqliyyat donanmasına məxsus ən nəhəng tankerlərdən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur. Gəmi maye yüklərin daşınmasında istismar edilir.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin tanker donanması Xəzər hövzəsində aparıcı mövqeyə malikdir. Hazırda gəmiqayırmanın yeni nailiyyətləri əsasında "Bakı Gəmiqayırma Zavodu” MMC-də AXDG üçün iki yeni tanker tikilir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
On bir ayda qeyri neft ixracının həcmi artıb
İqtisadiyyat 15:51
On bir ayda qeyri neft ixracının həcmi artıb
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
İqtisadiyyat 14:47
Birbank Star – xərcləməyi rahatlaşdıran kredit kartı
Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
İqtisadiyyat 13:44
Yelo Invest-də komissiyasız alış günləri yenidən başladı!
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
İqtisadiyyat 13:21
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir


Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
İqtisadiyyat 11:42
Azərbaycan Gürcüstana investisiya qoyuluşunu 2 dəfəyə yaxın artırıb
SOCAR-ın mənfəəti artıb
İqtisadiyyat 11:01
SOCAR-ın mənfəəti artıb
Qızıl bahalaşıb
İqtisadiyyat 10:15
Qızıl bahalaşıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:53
Azərbaycan nefti ucuzlaşıb
Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi
İqtisadiyyat 09:17
Avro və rubl ucuzlaşıb - Günün məzənnəsi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol