Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.
Sərəncama əsasən, Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Dövlət başçısının digər Sərəncamı ilə Rüstəm Xəlilov Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
Prezidentin digər sərəncamı ilə Sevindik Hacağa oğlu Hətəmov Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !