Prezident III Şərq tərəfdaşlığı sammitində iştirak edəcək

16:30 | 26.11.2013
Prezident III Şərq tərəfdaşlığı sammitində iştirak edəcək

Prezident III Şərq tərəfdaşlığı sammitində iştirak edəcək

Azərbaycan prezidenti İlham Əliyev noyabrın 28-29-da Vilnüsdə keçiriləcək III Şərq tərəfdaşlığı sammitində iştirak edəcək. APA-nın Avropa Birliyinin (AB) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, sammit Avropa Birliyi Şurasının prezidenti Herman vam Rompeyin sədrliyi ilə keçiriləcək. Tədbirdə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu da iştirak edəcək.  Sammitə AB-nin xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali komissarı Ketrin Eşton, AB-nin genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Ştefan Füle, Avropa Parlamentinin prezidenti Martin Şults da qatılacaq. AB-nin “Şərq tərəfdaşlığı” proqramı üzrə tərəfdaş ölkələrdən isə Azərbaycan prezidenti İlham Əliyev, Gürcüstan prezidenti Georgi Marqvelaşvili, Ermənistan prezidenti Serj Sarkisyan, Ukrayna prezidenti Viktor Yanukoviç, Moldovanın baş naziri Yuri Lyanke və Belarusun xarici işlər naziri Vladimir Makeyin sammitdə iştirakı dəqiqləşib. Sammit çərçivəsində Azərbaycan prezidentinin bəzi ikitərəfli görüşləri də nəzərdə tutulur. Fransanın xarici ticarət naziri, Azərbaycan-Fransa hökumətlərarası komissiyanın həmsədri, xanım Nikol Brik komissiyanın bu gün Bakıda keçirilən VII iclasında jurnalistlərə açıqlamasında bildirib ki, sammit çərçivəsində Fransa prezidenti Fransua Oland və Azərbaycan prezidenti İlham Əliyevin görüşü baş tutacaq. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM