Sentyabrın 22-də Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin birinci mərhələsi çərçivəsində bərə terminalının açılışı olub.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.Dövlətimizin başçısı əvvəlcə görülən işlərlə bağlı fotostendə və kompleksin maketinə baxdı.Azərbaycan Prezidenti mərasimdə çıxış etdi.Sonra nəqliyyat naziri Ziya Məmmədov və Hollandiyanın “Van Oord” şirkətinin regional direktoru Hans Luijenburq çıxış etdilər.Daha sonra dövlətimizin başçısı terminalı işə saldı.Prezident İlham Əliyev bərələrin yüklənməsi və terminaldan yola salınması prosesinə baxdı.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !