• $ 1.7
  • € 1.7774
  • ₽ 1.8994
  • ₺ 0.047
  • £ 2.1344

Prezident İlham Əliyev: “Düşünürəm, onlar nəticə çıxaracaqlar”

Prezident İlham Əliyev: “Düşünürəm, onlar nəticə çıxaracaqlar”
10.01.2014 00:10

"Hesab edirəm ki, bundan sonra antiazərbaycan qüvvələri və onların arxasında dayanan antiazərbaycan qruplaşmalar özləri üçün nəticə çıxaracaqlar”2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında  əlamətdar hadisə baş verib. Yanvar ayında sessiyada Azərbaycana qarşı əsassız, qərəzli, ikili standartlar əsasında təşkil edilmiş hücum fiaskoya uğrayıb”. APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev  Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı giriş nitqində bəyan edib.  Ölkə başçısı bildirib ki, Assambleyada böyük əksəriyyət antiazərbaycan kampaniyasına qoşulmayıb, bu, kampaniyanın təşəbbüskarlarını, o cümlədən pərdəarxası təşəbbüskarlarını məyus edib və Azərbaycanın haqlı mövqeyini müdafiə edib: “Siyasi amillərlə şərtlənən qətnamənin layihəsi keçmədi, Azərbaycanın mövqeyi üstünlük təşkil etdi. Beləliklə, Azərbaycan beynəlxalq arenada növbəti qələbə qazanıb”. Dövlət başçısının sözlərinə görə, bu hadisə bir də onu göstərib ki, haqq-ədalət həmişə zəfər çalmalıdır: “Azərbaycan öz prinsipial, ədalətli mövqeyini nümayiş etdirdi və Assambleyanın qərarı antiazərbaycan qüvvələrinə vurulan ən böyük zərbələrdən biridir. Hesab edirəm ki, bundan sonra onlar və onların arxasında dayanan antiazərbaycan qruplaşmalar özləri üçün nəticə çıxaracaqlar”.ANN.Az 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədov İrana gedib
Siyasət 18:35
Əli Əsədov İrana gedib
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
Siyasət 17:40
Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib
Prezident öz sözçüsünü vəzifəsindən azad edib - Sərəncam
Siyasət 17:01
Prezident öz sözçüsünü vəzifəsindən azad edib - Sərəncam
Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərin vəsatəti təmin olunmayıb
Siyasət 14:35
Fazil Mustafaya qarşı sui-qəsdə cəhd edənlərin vəsatəti təmin olunmayıb
Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olunub
Siyasət 17:15
Ceyhun Bayramov “Serbiya Bayrağı” ordeni ilə təltif olunub
Azərbaycan XİN Litvanı təbrik edib
Siyasət 16:21
Azərbaycan XİN Litvanı təbrik edib
Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək
Siyasət 14:29
Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək
Prezident litvalı həmkarını təbrik edib
Siyasət 11:20
Prezident litvalı həmkarını təbrik edib
Ceyhun Bayramov Serbiyaya gedib
Siyasət 10:11
Ceyhun Bayramov Serbiyaya gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol