Prezident İlham Əliyev FƏRMAN verdi

19:47 | 11.08.2014
Prezident İlham Əliyev FƏRMAN verdi

Prezident İlham Əliyev FƏRMAN verdi

Azərbaycan prezidenti Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş və itkin düşmüş hərbçilərin ailələri üçün təqaüd təsis edib və təqaüd ayda 200 manat məbləğində müəyyən olunub

Azərbaycan prezidenti İlham Əliyev Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında fərman imzalayıb.

 

APA-nın məlumatına görə, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələri (valideynləri, dul arvadı) üçün ayda 200 (iki yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib.

 

Təsis edilən təqaüd hər ilin dövlət büdcəsində sosial müdafiə xərcləri üçün nəzərdə tutulan vəsait hesabına, həmin hərbi qulluqçuların ailə üzvlərinin (valideynləri, dul arvadı) sayına bərabər bölünməklə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödəniləcək.

 

Nazirlər Kabinetinə tapşırılıb ki, təqaüdün təyin olunması və ödənilməsi qaydasını bir ay müddətində hazırlayıb təsdiq etsin.

 

Fərman 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM