Prezident İlham Əliyev Monako Knyazı II Albertlə görüşüb

17:10 | 18.02.2014
Prezident İlham Əliyev Monako Knyazı II Albertlə görüşüb

Prezident İlham Əliyev Monako Knyazı II Albertlə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev fevralın 18-də ölkəmizə səfərə gəlmiş Monako Knyazı II Albert ilə görüşüb. APA-nın məlumatına görə, Azərbaycana ilk dəfə səfər etdiyini vurğulayan Monako Knyazı II Albert prezident İlham Əliyevlə müxtəlif vaxtlarda keçirdiyi görüşlərini məmnunluqla xatırlayıb. 2015-ci ildə ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarının önəmini qeyd edən Monako Knyazı bu böyük idman tədbirinin uğurla təşkil olunacağına əminliyini ifadə edib. İlham Əliyev isə Monako Knyazı II Albertin ölkəmizə səfərinin Azərbaycanla yaxından tanış olmaq üçün yaxşı fürsət yaratdığını deyib. 2015-ci ildə Azərbaycanda keçiriləcək ilk Avropa Oyunlarına toxunan dövlət başçısı az vaxt qalmasına baxmayaraq, bu idman tədbirinə hazırlıq proseslərinin uğurla həyata keçirildiyini vurğulayıb. Görüşdə Azərbaycanla Monako arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti