• $ 1.7
  • € 2.0054
  • ₽ 0.021663
  • ₺ 0.0427
  • £ 2.3364

Prezident İlham Əliyev Si Cinpini təbrik edib

Prezident İlham Əliyev Si Cinpini təbrik edib
30.09.2023 16:04
Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinə təbrik məktubu göndərib.

Məktubda deyilir:
"Hörmətli cənab Sədr,
Ölkənizin milli bayramı – Çin Xalq Respublikasının Yaranması Günü münasibətilə Sizə və Sizin simanızda dost xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Bu gün Çin dünyanın ən dinamik inkişaf edən ölkələrindən biridir. Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə ölkənizin hər bir sahədə əldə etdiyi nailiyyətləri və uğurları onu dünyanın iqtisadi cəhətdən ən qüdrətli və qabaqcıl ölkələri sırasına çıxarmış, beynəlxalq aləmdə mövqeyini daha da gücləndirmişdir.

Yaxın dost və etibarlı tərəfdaş ölkə olan Çinlə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Şadam ki, qədim tarixə və xoş ənənələrə əsaslanan Azərbaycan-Çin münasibətləri yüksələn xətlə inkişaf edir, tərəfdaşlığımız gündən-günə yeni məzmunla zənginləşir.

Məmnunluqla qeyd etmək istərdim ki, hazırda ikitərəfli münasibətlərimiz geniş gündəliyə malikdir. Qarşılıqlı faydalı əməkdaşlığımızın iqtisadiyyat, ticarət, nəqliyyat-logistika, bərpaolunan enerji, humanitar və digər sahələrdə çox aydın və böyük perspektivləri vardır. Eyni zamanda Çindən Azərbaycan vasitəsilə qərb istiqamətində daşınan yüklərin həcminin artması "Kəmər və yol” layihəsi çərçivəsində uğurlu qarşılıqlı fəaliyyətimizin növbəti bariz nümunəsidir.

Çin şirkətləri uzun müddətdir ki, ölkəmizdə səmərəli fəaliyyət göstərir və dövlətlərarası münasibətlərimizin inkişafında vacib rol oynayırlar. Biz bu əməkdaşlığın işğaldan azad olunmuş ərazilərimizdə də davam etdirildiyini görmək istərdik.

Azərbaycan vahid Çin siyasətini, Çinin ərazi bütövlüyünü və suverenliyini daim birmənalı şəkildə dəstəkləmişdir. Çinin də ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə göstərdiyi dəstəyi yüksək qiymətləndiririk.

Əminəm ki, xalqlarımızın mənafeləri naminə Azərbaycan-Çin çoxşaxəli münasibətlərinin daha da inkişafı, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi yolunda birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Çin xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
Siyasət 10:16
İran Prezidenti Məsud Pezeşkian Azərbaycana səfərə gəlib
İran Prezidenti Pezeşkian ECO Zirvə görüşündə iştirak üçün Azərbaycandadır
Siyasət 09:58
İran Prezidenti Pezeşkian ECO Zirvə görüşündə iştirak üçün Azərbaycandadır
Rusiyada bir neçə azərbaycanlı kriminal fiqur saxlanılıb
Siyasət 08:16
Rusiyada bir neçə azərbaycanlı kriminal fiqur saxlanılıb
Prezidentlər Şahbulaq qalasında olublar
Siyasət 22:44
Prezidentlər Şahbulaq qalasında olublar
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Siyasət 20:12
BƏƏ-nin sənaye və qabaqcıl texnologiyalar naziri Azərbaycana gəlib
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Siyasət 18:13
Prezidentlər Xıdırlı kəndinin 1-ci mərhələsinin açılışında iştirak edib
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Siyasət 17:18
Mübariz Mənsimov Rusiyadakı zorakılıqlarla bağlı Azərbaycana dəstək verdi
Emi Karlon gələn həftə Bakıya gələcək
Siyasət 17:15
Emi Karlon gələn həftə Bakıya gələcək
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Siyasət 17:12
ABŞ-ın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili bu həftə Bakıya gələcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol