Prezident İlham Əliyev Tərtərdə - FOTO

13:33 | 03.06.2020
Prezident İlham Əliyev Tərtərdə - FOTO

Prezident İlham Əliyev Tərtərdə - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də Tərtər rayonuna səfərə edib.

Dövlət başçısı ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
İlham Əliyev Dövlət Rəmzləri Muzeyinin açılışında iştirak edib, muzeydə nümayiş etdirilən eksponatlar barədə məlumat verilib.

Rayonda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.Yolun açılışında prezident İlham Əliyev də iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlət başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti