Prezident İlham Əliyevdən 2 MÜHÜM SƏRƏNCAM

18:54 | 09.12.2019
Prezident İlham Əliyevdən 2 MÜHÜM SƏRƏNCAM

Prezident İlham Əliyevdən 2 MÜHÜM SƏRƏNCAM

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.
Anews.az sərəncamın mətnini təqdim edir:
"Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 iyun tarixli 255 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1337) 1-ci hissəsi ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Fondu Müşahidə Şurasının tərkibi aşağıdakı redaksiyada verilsin:
"Azərbaycan Respublikasının Baş naziri
Azərbaycan Respublikasının Milli Məclisi sədrinin müavini
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri
Azərbaycan Respublikasının maliyyə naziri
 
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Azərbaycan Respublikası Mərkəzi Bankının sədri”.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Bakı şəhəri Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər barədə sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Bakı şəhəri Suraxanı rayonunun on yeddi min səkkiz yüz nəfər əhali yaşadığı Yeni Suraxanı qəsəbəsinin daxili yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 7,8 milyon (yeddi milyon səkkiz yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb