Prezident İlham Əliyevə Olimpiya Evi Mükafatı təqdim edilib

13:39 | 03.06.2023
Prezident İlham Əliyevə Olimpiya Evi Mükafatı təqdim edilib

Prezident İlham Əliyevə Olimpiya Evi Mükafatı təqdim edilib

Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Tomas Bax Prezident İlham Əliyevə Olimpiya Evi Mükafatını təqdim edib.

Mükafat dünyanın ən dayanıqlı binalarından biri olan Beynəlxalq Olimpiya Komitəsinin Lozannadakı yeni baş qərargahını əks etdirir.

Göyərçin formasında, dam örtüyündə günəş panelləri olan bina Beynəlxalq Olimpiya Komitəsinin dayanıqlılıq və sülhə sadiqliyini tərənnüm edir.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM