Prezident iqamətgahı və hökumət binası nəzarətdə

10:44 | 04.12.2013
Prezident iqamətgahı və hökumət binası nəzarətdə

Prezident iqamətgahı və hökumət binası nəzarətdə

Kiyevin Müstəqillik Meydanında keçirilən müddətsiz etiraz aksiyasının iştirakçıları bu gün səhər tezdən yenidən Nazirlər Kabinetinin binası qarşısında piketə başlayıblar.

APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, təxminən 200 mitinqçi Qruşevski küçəsində yerləşən hökumət binasının girişini nəzarətə götürüb. Onlar baş nazir Nikolay Azarovun istefasını tələb edirlər. Binanın digər girişini isə hüquq-mühafizə orqanlarının əməkdaşları nəzarətə götürüb. Bu gün Nazirlər Kabinetinin iclasının keçirilməsi nəzərdə tutulub.   

 

Fəallar Bankovaya küçəsində yerləşən prezident administrasiyasının girişlərini də nəzarətdə saxlamağa davam edir.  

 

Müstəqillik meydanında isə falların xalq özünümüdafiə dəstələrinə yazılması davam edir. Artıq 2 min 800 nəfər bu dəstələrə üzv yazılıb. Onlar yüz-yüz ayrılaraq “Berkut” xüsusi təyinatlılarının mümkün hücumuna qarşı hazırlıq keçirlər. Etirazçıların böyük hissəsi yaxınlıqdakı Kiyev meriyasının, Həmkarlar Evinin, Oktyabr Sarayının binalarında, eləcə də meydandakı çadırlarda qalmağa davam edir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti