Azərbaycan preizdenti İlham Əliyev İrandakı Azərbaycan səfirliyində baş verən hadisəni teror adlandırıb və şəhid olan Orxan Rizvanovun ailəsinə başsağlığı verib. Bu barədə Prezident tvitter hesabında paylaşım edib.
Yanvarın 27-də Tehranda yerləşən Azərbaycan səfirliyinə hücum olub. Hücum nəticəsində səfirliyin mühafizə rəisi Orxan Əsgərov şəhid olub. Səfirliyin digər iki əməkdaşı yaralanıb. Tehran polisinin komandiri general Hüseyn Rəhimi mətbuata açıqlamasında bildirib ki, hadisəni törədən şəxs həbs olunub. İlkin məlumata görə hadisə şəxsi məsələ zəmnində baş verib.
Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayaraq bildirib ki, hadisənin baş vermə səbəbləri araşdırılır və ictimaiyyətə əlavə məlumat veriləcək.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !