"Ukrayna itirdiyi əraziləri qaytaracaq".
Zelenski bildirib ki, onun ilk vəzifələrindən biri Donbasda atəşkəsə nail olmaq olacaq.
"Bu həqiqətdir ki, tarix ədalətli deyil. Bu müharibəni biz başlamadıq, lakin biz bu müharibəni bitirəcəyik. Biz dialoqa hazırıq. Lakin mən əminəm ki, dialoqa başlamaq üçün ilk addım atılmalı və bütün ukraynalı əsirlər geri qaytarılmalıdır."
Zelenski çıxışında qeyd edib ki, hər bir Ukrayna vətəndaşı ölkənin Avropa dəyərlərinə sadiq qalmasından məsuldur: "Biz Avropaya doğru yolu seçmişik, lakin Avropa haralardasa uzaqda deyil, Avropa buradadır. Avropa düşüncəsi bizim beynimizdədirsə, demək, o, Ukraynada da olacaq".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !