ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, bununla bağlı yeni qanun layihəsi hazırladığını və kəşfiyyat xidmətini yenidən quracağını bildirib.
Prokuror Alberto Nisman parlamentdə yüksək vəzifəli şəxslər haqqında məruzə ilə çıxış etməsinə bir neçə saat qalmış evində ölü tapılıb. Əvvəl onun intihar etdiyi deyilsə də, sonradan ekspertlərin bəziləri bunu intihara zorlama ehtimalının ortaya çıxdığını vurğulamışdılar.
Prokuror 1994-cü ildə ölkənin paytaxtında fəaliyyət göstərən yəhudi mərkəzinə bombalı hücum nəticəsində 85 nəfərin ölüm işiylə bağlı araşdırma aparmış, ölkənin prezidenti Kristina Fernandez de Kircner başda olmaqla, xarici işlər naziri Hector Timermanı və digər səlahiyyət sahiblərini bu cinayətdə əli olduğunu bildirmişdi. O, ölkə mediasına açıqlamasında bununla bağlı əlində yetəri qədər dəlillərin, eləcə də səsyazısının olduğunu söyləmişdi.
Prokurorun ölüm xəbərindən sonra ilk dəfə rəsmi dövlət televiziyasında çıxış edən prezident K.Fernandez kəşfiyyat xidmətinin xunta idarəçiliyjndən qaldığını və bu sahədə heç bir islahat aparılmadığını önə sürüb.
Argentinada xunta idarəetmə üsulu 1983-cü ildə sona çatıb.
Kəşfiyyat xidmətinin yenidən qurulması, islahatların müəyyən edilməsi üçün prezident konqresin təsili toplanmasını istəyib. O, niyyətinin Federal Kəşfiyyat Agentliyi yaratmaq olduğunu deyib.
Xanım prezident çıxışında onu da qeyd edib ki, prokuror Nismanın ölümünün adi intihar hadisəsi olmasına inanmır.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !