Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 17-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2017” və XI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "CaspianAgro 2017” sərgiləri ilə tanış olublar.
Prezident.az saytı xəbər verir ki, prezident İlham Əliyevə məlumat verilib ki, "Made in Azerbaijan” brendi ilə çıxış edən yerli şirkətlər də sərgidə fəal təmsil olunurlar.
Bundan başqa, sərgidə ilk dəfə Almaniya istehsalı olan "Holmer” kombaynı da nümayiş etdirilir. Hazırda bu kombaynlar dünyada ən çox tələb olunan texnikalardan biridir və ən müasir texnoloji yeniliklərə cavab verir.
Prezident İlham Əliyev kombaynı işə salıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !