• $ 1.7
  • € 1.9604
  • ₽ 0.021022
  • ₺ 0.0444
  • £ 2.2786

Prezident Maimuna Mohd Şəriflə görüşüb

Prezident Maimuna Mohd Şəriflə görüşüb
18.01.2023 21:42
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda BMT-nin Məskunlaşma Proqramının (UN-HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif ilə görüşüb.

Trend xəbər verir ki, görüşdə Prezident İlham Əliyev xanım Maimuna Mohd Şərif ilə Bakıda və Ağdamda Milli Şəhərsalma Forumu zamanı keçirdiyi görüşləri xatırladı.

Maimuna Mohd Şərif Azərbaycana səfərlərini məmnunluqla xatırladı və BMT-nin Məskunlaşma Proqramının fəaliyyətinə verdiyi dəstəyə görə ölkəmizə təşəkkürünü bildirdi. O, hazırda Azərbaycanın UN-HABITAT-a könüllü maliyyə ianələrinə görə dünya ölkələri arasında aparıcı dövlət olduğunu dedi.

UN-HABITAT-ın icraçı direktoru Azərbaycanın davamlı şəhər planlaşdırılması sahəsində çox yaxşı nəticələrinin olduğunu və bu istiqamətdə fəaliyyətini davam etdirdiyini vurğuladı.
Dövlətimizin başçısı Azərbaycanın BMT-nin Məskunlaşma Proqramının məqsəd və məramlarını dəstəklədiyini, UN-HABITAT-ın dünya miqyasında çox önəmli və vacib missiya həyata keçirdiyini qeyd edərək, bundan sonra da Azərbaycanın bu təşkilatın fəaliyyətinə dəstək verəcəyini bildirdi.

Maimuna Mohd Şərif Azərbaycanın şəhər planlaşdırılması sahəsində təcrübəsinin dünya ölkələri üçün də maraqlı olduğunu qeyd etdi.
Söhbət zamanı BMT-nin Məskunlaşma Proqramı ilə Azərbaycan arasında əməkdaşlığın bundan sonra da inkişafı və növbəti Milli Şəhərsalma Forumunun keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıldı.

Xanım icraçı direktor Azərbaycanın UN-HABITAT-ın alt strukturlarının fəaliyyətində yaxından iştirak etdiyini və müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirilməsini də məmnunluqla vurğuladı


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
"Azərenerji”nin nizamnaməsi və strukturu təsdiq edilib
Siyasət 13:13
"Azərenerji”nin nizamnaməsi və strukturu təsdiq edilib
Prezident Pekində CGTN telekanalına müsahibə verib
Siyasət 11:19
Prezident Pekində CGTN telekanalına müsahibə verib
Ermənistan dezinformasiya yazır - MN
Siyasət 08:56
Ermənistan dezinformasiya yazır - MN
Əli Əsədovla Cevdet Yılmaz arasında telefon danışığı olub
Siyasət 20:14
Əli Əsədovla Cevdet Yılmaz arasında telefon danışığı olub

Netanyahu Azərbaycana gələcək
Siyasət 15:24
Netanyahu Azərbaycana gələcək
Prezident Cao Lıci ilə görüşüb
Siyasət 13:36
Prezident Cao Lıci ilə görüşüb
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
Siyasət 12:36
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
İlham Əliyev Çin Sədrini Azərbaycana səfərə dəvət edib
Siyasət 11:23
İlham Əliyev Çin Sədrini Azərbaycana səfərə dəvət edib
Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur
Siyasət 10:47
Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol