Prezident qərar verdi: siqaretin bu növü qadağan edilir - FOTO

10:00 | 12.09.2019
ABŞ prezidenti Donald Tramp ölkəsində elektron siqaretdən istifadəni qadağan edir.

Anews.az Publika.az-a istinadan xəbər verir ki, buna səbəb elektron siqaretdən qaynaqlandığı təxmin edilən sirli ağ ciyər xəstəliyinin yayılmasıdır.

ABŞ xəstəliyə Nəzarət və Qarşısının Alınması Mərkəzi açıqlayıb ki, bu xəstəlikdən ölənlərin sayı artıq 6-ya çatıb. Buna görə də Tramp elektron siqaretlərin bazardan yığışdırılması üçün lazımi tədbirlərin görüləcəyini deyib.
Hazırda bu xəstəlikdən əziyyət çəkənlərin sayı 450-yə çatıb.

www.anews.az
loading...