Prezident qiymətli daşlarla bağlı sərəncam imzaladı

17:35 | 04.11.2014
Prezident qiymətli daşlarla bağlı sərəncam imzaladı

Prezident qiymətli daşlarla bağlı sərəncam imzaladı

Azərbaycan prezidenti İlham Əliyev “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunun tətbiqinə dair sərəncam imzalayıb.

ANN.AZ APA-ya istinadən bildirir ki, sərəncama əsasən, Nazirlər Kabinetinə qanunların və prezidentin aktlarının “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək, habelə Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını 3 ay müddətində təmin edib prezidentə məlumat vermək tapşırılıb. Nazirlər Kabineti həmçinin mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamalıdır və bunun icrası barədə 5 ay müddətində prezidentə məlumat verməlidir. Ədliyyə Nazirliyi isə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanuna uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verməlidir.ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM