Prezident qızını döydürüb həbsə atdırdı

10:30 | 06.03.2014
Prezident qızını döydürüb həbsə atdırdı

Prezident qızını döydürüb həbsə atdırdı

Özbəkistan prezidentinin böyük qızı, yanvarın əvvəlində atası ilə barışdığını elan edən Gülnarə Kərimova barədə yenidən “qara xəbərlər” gəlir.Virtualaz.org saytı Orta Asiya qaynaqlarına istinadən xəbər verir ki, Gülnarə Kərimova yarım aydan çoxdur Daşkənddə həbsdədir. Xəbərdə deyilir ki, G.Kərimova həbsxanada olarkən Özbəkistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları, habelə atası İslam Kərimovun şəxsi mühafizəçiləri tərəfindən amansızcasına döyülüb.Analitiklər qeyd edirlər ki, bu hadisə Özbəkistanda hakim klan arasında hakimyiyət uğrunda mübarizənin twitter mübarizəsindən real hakimiyyət bölgüsünə keçdiyini göstərir.Qeyd edək ki, ötən ilin sentyabrından etibarən Gülnarə Kərimova Özbəkistan xüsusi xidmət orqanlarının güclü təqibləri altındadır. Onun bütün biznesi əlindən alınıb, adamları həbs olunub, özünə ölkədən çıxmaq qadağan edilib. G.Kərimova buna cavab olaraq anası Tatyana Kərimova və kiçik bacısı Lola, habelə atasının rejimi ilə bağlı twitter üzərindən ifşaedici məlumatlar yayırdı.Lakin bu ilin əvvəlində Gülnarə elan etdi ki, atası ilə barışıb və incəsənətlə bağlı yeni layihələrə başlayır. Daha sonra G.Kərimova atasının ad günündə ona klip də həsr etmişdi. Ancaq belə görünür ki, Özbəkistanın hakim ailəsində düşmənçilik heç də aradan qalxmayıb.Orta Asiya qaynaqları xəbər verir ki, Gülnarə Kərimova və onun 15 yaşlı qızı İman yarım aydan çoxdur ev dustağı ediliblər. Daşkənddəki mənbələr bildirir ki, G.Kərimova və qızı mənzildə xüsusi xidmət orqanlarının ciddi nəzarəti altındadır. Məlumatlarda o da deyilir ki, G.Kərimovanın səhhətində ötən ay problem yaranıb və o, İsrailə müalicəyə getmək üçün atasından icazə almaq istəyib. Gülnarənin ölkədən çıxmaq icazəsi almaq üçün atasına yazılı müraciət etdiyi bildirilir.Lakin bu məktub göndərilən kimi Özbəkistan prezidentinin təhlükəsizlik xidmətinin rəhbəri Muijon Tahirovun və xidmətin operativ hissəsinin rəisi Nodır Vəliyevin başçılığı ilə xüsusi təyinatlılar onun mənzilinə basqın ediblər.Evə basqın zamanı G.Kərimovanın mühafizəçiləri və xidmətçiləri, habelə onun mülki nikahda olduğu əri Rüstəm Madumarov möhkəm döyülüblər. G.Kərimovanın özü də atasının mühafizəçilərinin bir neçə şilləsinə tuş gəlib.Həmin gün Özbəkistan Baş Prokurorluğu Rüstəm Madumarova və G.Kərimovanın erməni ortağı Qayane Avakyana qarşı cinayət işi qaldırıb. Bununla da Gülnarə tamam tək qalıb və onu ev dustağı ediblər. Əlindən bütün rabitə vasitələrini alıblar və internetə çıxışını kəsiblər. Bildirilir ki, Gülnarəni və 15 yaşlı qızını mənzildən heç yerə buraxmırlar. Prezidentin qızına oğlu İslamla görüşmək də qadağan edilib.Özbəkistandakı mənbələr xəbər verir ki, İslam Kərimovun mühafizəçiləri və xüsusi xidmət əməkdaşları G.Kərimovanın 7-ci mərtəbədə yerləşən mənzilinə binanın damından kəndirlə eniblər və qarşılarına çıxan bütün qapıları sındıraraq içəri daxil olublar. Gülnarənin mülki əri Rüstəm Madumarovu yerindəcə döyməyə başlayıblar, qalanları, o cümlədən yaşlı qadınları və uşaqları isə üzü üstə döşəməyə uzadıblar. Gülnarənin qızı İman həmin vaxt yataqda imiş və evə basqın edənlər onu itələyib döşəməyə yıxıblar.Xəbərdə deyilir ki, G.Kərimova müdafiə olunmağa çalışıb, həbs haqda order tələb edib. Ancaq buna cavab olaraq Muijon Tahirov onu sillələyib. Nəticədə G.Kərimovanın yaxın ətrafında qalan sonuncu adamlar - Rüstəm Madumarov, Qayane Avakyan və Yekatrina Klyuyeva azyaşlı qızı, anası və nənəsi ilə birlikdə həbs olunublar. Evin qulluqçuları da həbs edilib.Qeyd edək ki, fevralın 17-də Özbəkistan Baş Prokurorluğu Qayane Avakyanın və R.Madumarovun həsb olunduqlarını açıqlamışdı.Bildirilir ki, həbs olunanları Milli Təhlükəsizlik Xidmətinin zirzəmisinə aparıblar. G.Kərimova qızı, Amerika vətəndaşlığı daşıyan İmanla mənzildə qalıb və çox keçmədən oradan qaçaraq Daşkənddəki dostlarından birinin evinə sığınıb. Lakin cəmi bir neçə saat sonra onun gizləndiyi yeri tapıblar. İslam Kərimovun mühafizəçiləri bu dəfə həmin mənzilə hücum çəkiblər. Muijon Tahirov və Nodır Vəliyev Gülnarəni döyməyə başlayıblar.“Sonra onu qızı ilə birlikdə Daşkənddəki evlərinə gətiriblər və əllərindən bütün rabitə vasitələrini alaraq ev dustağı ediblər. Birinci sutka ərzində Gülnarəyə və qızına yeməyə və içməyə heç nə verməyiblər. Ürək xəstəsi olan 15 yaşlı İman üçün həkim çağırmaqdan da imtina ediblər” - deyə mənbə bildirib.Bildirilir ki, Gülnarənin twitter bloqu da fəaliyyət göstərmir və onun sonuncu mesajı fevralın 16-da yayılıb. Hazırda Daşkənd küçələrində polis və xüsusi xidmət orqanları gücləndirilmiş rejimdə işləyir, küçələr polis və hərbi geyimli adamlarla doludur.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM