“Bu gün o qədər hönkürmüşəm ki, İmanın depressiyası daha da dərinləşir”.
Özbəkistan prezidentinin ev dustağı olan böyük qızı, öz şəkillərini paylaşıb.
Oxu.Az CA-NEWS-a istinadən xəbər verir.
Uznews.net (müxalifət nəşrdir, redaksiya Özbəkistanın sərhədlərindən kənarda yerləşir) redaksiyasına elektron poçtla göndərilən iki fotoda Gülnarə Kərimova hamının adət etdiyi qlamur gözəl obrazından çox uzaq bir tərzdədir.
Şəkillər Kərimovanın “Vəziyyət daha da pisləşir. Bu gün o qədər hönkürmüşəm ki, İmanın depressiyası daha da dərinləşir, dünən qızı tutublar. Digər qızı isə iki həftə bundan qabaq tutublar, sadəcə bizə gəlməsinlər deyə” mətnli məktubu ilə göndərilib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !