Prezident Rəqsanənin mahnısını oxudu - VİDEO

17:56 | 09.01.2014
Prezident Rəqsanənin mahnısını oxudu - VİDEO

Prezident Rəqsanənin mahnısını oxudu - VİDEO

Zalda olan tamaşaçılar belə Yeni il hədiyyəsini heyranlıqla qarşılayıblarİnternetdə Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədovun musiqi oxuduğu və dicey pultu arxasında əyləşdiyi video yerləşdirilib.Oxu.Az xəbər verir ki, dicey pultu arxasında əyləşən Berdımuhəmmədov türkmən dilində bir neçə mahnı ifa edib. Onların arasında azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın mahnısı da olub.Əsas vokalçılar, estrada müğənniləri Annaqulı Muratdurdıyev və Parahat Amandurdıyev bu zaman konsert zalında olublar. Prezident isə ayrıca studiyada pult arxasında əyləşib və mahnını oxuyub.Rəqsanənin “İnanımmı” mahnısı sayca ikinci səslənir.Qeyd edək ki, video zalda böyük ekran vasitəsilə yayımlanıb və zalda olan tamaşaçılar prezidentdən belə hədiyyəni heyranlıqla qəbul ediblər.Həmin videogörüntünü təqdim edirik.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM