Prezident Şahin Mustafayevi komissiya sədri təyin etdi - SİYAHI

15:16 | 15.04.2014
Prezident Şahin Mustafayevi komissiya sədri təyin etdi - SİYAHI

Prezident Şahin Mustafayevi komissiya sədri təyin etdi - SİYAHI

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncamla komissiyanın tərkibi aşağıdakı şəxslərdən müəyyənləşdirilib.
Komissiyanın həmsədri
Şahin Mustafayev — Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri
Komissiyanın üzvləri:
Azər Zeynalov — Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini 
Xələf Xələfov — Azərbaycan Respublikası xarici işlər nazirinin müavini
Musa Pənahov — Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini
İlham Quliyev — Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Ədalət Vəliyev — Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini
Cavanşir Axundov — Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri
Səfər Mehdiyev — Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini
Fərhad Tağızadə — Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin müavini
Ehtiram Rəhimov — Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası rəisinin müavini
Vadim Xubanov — Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti sədrinin müavini 
Etibar Pirverdiyev — “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti
Arif Əsgərov — “Azərbaycan Dövlət Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri
Rauf Vəliyev — “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin sədri 
Xoşbəxt Yusifzadə — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti
Məmmədsadıq Quliyev — Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti sədrinin birinci müavini
 Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırıb ki, dəyişiklik barədə İran İslam Respublikası tərəfinə müvafiq bildiriş göndərsin.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM