• $ 1.7
  • € 1.9604
  • ₽ 0.021022
  • ₺ 0.0444
  • £ 2.2786

Prezident Səhiyyə Nazirliyi ilə bağlı fərman imzalayıb

Prezident Səhiyyə Nazirliyi ilə bağlı fərman imzalayıb
03.06.2024 13:20
Səhiyyə Nazirliyinin səlahiyyətləri artırılıb.

Prezident İlham Əliyev bununla bağlı Azərbaycan Respublikasının "Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli və "Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” 2024-cü il 23 aprel tarixli 1142-VIQD nömrəli qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Dəyişikliklə Səhiyyə Nazirliyinin vəzifələri siyahısına aşağıdakılar əlavə edilib:

– "Dərman vasitələri haqqında” qanuna uyğun olaraq dərman vasitələrinin, dərman maddələrinin və tibb vasitələrinin dövlət qeydiyyatını həyata keçirmək, habelə dərman vasitələrinin dövlət reyestrini aparmaq;


– Azərbaycanda istehsal olunan dərman vasitələrinin siyahısını hazırlamaq, ictimaiyyətin məlumatlandırılması məqsədilə rəsmi internet səhifəsində yerləşdirmək və rübdə bir dəfə yenilənməsini təmin etmək;


– Dərman vasitələrinin keyfiyyətli, effektiv və təhlükəsiz olmamasına dair əsaslandırılmış faktlar aşkar edildikdə, həmin dərman vasitələrinin dövlət reyestrinə daxil edilməsindən imtina etmək, dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş və ya "Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsində nəzərdə tutulan dərman vasitələrinin Azərbaycan Respublikasında tətbiqini qadağan etmək və bu barədə ictimaiyyəti məlumatlandırmaq;


– Tibb vasitələrinin risk dərəcəsindən asılı olaraq təsnifatını müəyyən etmək

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Əsədovla Cevdet Yılmaz arasında telefon danışığı olub
Siyasət 20:14
Əli Əsədovla Cevdet Yılmaz arasında telefon danışığı olub

Netanyahu Azərbaycana gələcək
Siyasət 15:24
Netanyahu Azərbaycana gələcək
Prezident Cao Lıci ilə görüşüb
Siyasət 13:36
Prezident Cao Lıci ilə görüşüb
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
Siyasət 12:36
Çin Sədri İlham Əliyevi ŞƏT-in Zirvə Toplantısına dəvət edib
İlham Əliyev Çin Sədrini Azərbaycana səfərə dəvət edib
Siyasət 11:23
İlham Əliyev Çin Sədrini Azərbaycana səfərə dəvət edib
Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur
Siyasət 10:47
Azərbaycanla Çin arasında viza rejimi ləğv olunur
Pekində Azərbaycan-Çin sənədləri imzalanıb
Siyasət 10:37
Pekində Azərbaycan-Çin sənədləri imzalanıb
Kaya Kallas Azərbaycana səfər edəcək
Siyasət 19:45
Kaya Kallas Azərbaycana səfər edəcək
Əliyev xanımı ilə Çinə rəsmi səfərə gedib
Siyasət 15:59
Əliyev xanımı ilə Çinə rəsmi səfərə gedib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol