Prezident və xanımı Kəlbəcərlə Laçına getdi
Avqustun 16-da Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olublar.
Anews.az xəbər verir ki, dövlət başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoyub, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olublar. Daha sonra 110/35/10 kilovoltluq "Kəlbəcər” yarımstansiyasının açılışını ediblər.
Daha sonra Prezident İlham Əliyev Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb və burada çıxış edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox