Prezidentdən 70 yaşını keçən məmurlara mesaj

09:32 | 22.10.2019
Prezidentdən 70 yaşını keçən məmurlara mesaj

Prezidentdən 70 yaşını keçən məmurlara mesaj

"Hesab edirəm ki, pensiya yaşına çatmış, hər halda 70 yaşını keçən iqtidarda təmsil olunanlar da yəqin ki, sizin nümunənizi təkrar edəcəklər". 

Anews.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Respublikası Baş Nazirinin müavini Hacıbala Abutalıbovu vəzifədən azad edilməsi ilə bağlı verdiyi ərizəsi ilə əlaqədar qəbul edərkən deyib.

Dövlət başçısı hər halda buna ümid etdiyini bildirib.


Hacıbala Abutalıbova uğurlar arzu edən prezident sözlərinə belə davam edib:

"Siz Yeni Azərbaycan Partiyasında da fəal iş görürsünüz. Hesab edirəm ki, bundan sonra da partiya tərkibində siz öz fəaliyyətinizi davam etdirməlisiniz. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram və gördüyünüz işlərə görə təşəkkürümü bildirirəm".(Baku.ws)
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb