Prezidentdən ərzaq böhranı ilə bağlı siqnal - EKSPERTLƏR NƏ DEYİR

17:10 | 16.06.2022
Prezidentdən ərzaq böhranı ilə bağlı siqnal - EKSPERTLƏR NƏ DEYİR

Prezidentdən ərzaq böhranı ilə bağlı siqnal - EKSPERTLƏR NƏ DEYİR

Prezident İlham Əliyev bu gün Bakıda keçirilən Qlobal Bakı Formunda dünya baş verən ərzaq təhlükəsizliyindən danışıb. O bildirib ki, ərzaq böhranı ilə mübarizədə aparıcı beynəlxalq institutların, aparıcı maliyyə institutlarının rolu mütləqdir.
 
"Böhran qaçılmazdır və artıq yaxındadır. Beynəlxalq təşkilatlar və ölkələr ərzaq böhranının nəticəsi olacaq miqrantların potensial artımı ilə bağlı vəziyyəti diqqətdə saxlamalıdırlar”, - dövlət başçısı vurğulayıb.
 
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, ərzaq təhlükəsizliyinin qarşısını almaq üçün Azərbaycan ilk növbədə taxılın məhsuldarlığını artırmalıdır.
 
"Ölkədən ixrac olunan ərzaq məhsullarına müəyyən məhdudiyyətlər qoyulub. Bununla bağlı hökümət qabaqlayıcı tədbirlər üçün müəyyən iclaslar da keçirib. Dünyada vəziyyət gərgin olaraq davam edir. Prezident İlham Əliyev də tapşırıqlar verib ki, bunun qarşısını almaq üçün taxıl istehsalını artırmaq lazımdır. Buna görə müəyyən müasir texnologiyalar cəlb olunmalıdır. Biz bu gün xaricdən 1.3 milyon ton taxıl alrıq. Əsas ərzaq olaraq da bu məsələni diqqətdə saxlamalıyıq. Bu yaxınlarda Qazaxıstandan və Hindistandan taxıl almaq üçün müqavilələr imzalanmalıdır. Ərzaq təhlükəsizliyi baxımından bu çox vacibdir”, - millət vəkili bildirib.
 
Deputat onu da deyib ki, prezidentin ərzaq böhranı ilə bağlı çıxışı daxili bazarda süni bahalaşmanı artıra bilər.
 
"Hesab edirəm ki, yerli məhsullarda qiymət artımı yalnışdır. Süni bahalaşma olmamalıdır. Bu cür hallara qarşı hökümət ciddi tədbir görməlidir”, - Rzayev vurğulayıb.
 

İqtisadi məsələlər üzrə ekspert Akif Nəsirlinin sözlərinə görə dünyada böhran baş verəcəksə bu Azərbaycanda da baş verəcək.
 
"Azərbaycan ərzaq məhsullarına olan tələbatını yarısından çoxunu xaricdən idxal etməklə ödəyir. Yaxın iki il ərzində bu böhrandan qaçmaq imkanımız yoxdur. Dünyada baş verən proseslər bizdən də yan keçməyəcək. Bu cür halların gələcəkdə baş verməməsi üçün kənd təsərrüfatı məhsullarının inkişafını sürətləndirməliyik. Elə etməliyik ki, hökümət bu məhsulların 80-90 fazini yerli istehsal hesabına ödəsin. Yerli məhsullara tələbat var, amma məhsul azdır.”, - ekspert bildirib.
 
Akif Nəsirli hesab edir ki, kənd təsərrüfatı istehsalının artırılmasında bir sıra vacib problemlər aradan qaldırılmalıdır.
 
"Ən əsas ölkədə inhisarçılıq problem həll olmalıdır, rəqabət mühiti yaradılmalıdır, xüsusi mülkiyyətlərə zəmanət sistemi yaradılmalıdır. Müstəqil məhkəmə sistemi movcud olamalıdır ki, sahibkarın mülkiyyəti əlindən alınanda müstəqil məhkəmə onu qaytara bilsin. Bir sözlə sahibkarlara olan maneələr aradan qaldırlmalıdır və dövlətin dəstəyi də şəffaf həyata keçirilməlidir. Hazırda fermerlərə verilən subsidiyaların 75 faizini fermer hökümətin ayırdığı bir neçə şirkətdən məhsul alamağa yönəldilir. Nəticədə də fermər kefiyyətsiz məhsul almağa məcbur olur. Bütün bu problemlər həll olunmalı və azad biznes rəqabəti yaradılmalıdır ki, özümüzü yerli məhsullarla təmin edə bilək”,- Nəsirli əlavə edib.
 

Ekspert Eldəniz Əmirov isə hesab edir ki, ölkədə istehsal olunan bəzi məhsulları hansı ki, strateji əhəmiyyəti yoxdur onları ərzaq məhsulları ilə əvəzləməliyik.
 
"Azərbaycanın torpaq, su ehtiyyatları məhduddur və məhsuldarlıq o qədər də yüksək deyil. Kənd təsərrüfatı sahəsində problemlər var. Hansı məhulların ki, beynəlxaq bazarlarda satışına məhduddiyyətlər var təklif edirəm ki, həmin məhsulların istehsalına başlayaq. Taxıl üçün əkin sahələrini genişləndirə bilərik. Məsələn Azərbaycanda pambıq əkininə geniş yer ayrılıb. Pambıq istehsalı ərzaq təhlükəsizliyində o qədər də geniş rol oynamır. Düşünürəm ki, bu və buna oxşar sahələr hansı ki, idxalı mümkün deyil, bu sahələr üzrə əkin sahələrimizi və istehsalımızı artırmalıyıq ki, dünyada baş verən böhranların qarşısında çıxılmaz duruma düşməyək”, - ekspert bildirib.
 
 
Baş nazir Əli Əsədovun sədrliyi ilə Azərbaycan Respublikası İqtisadi Şurasının keçirilən iclasında  dünya ərzaq bazarlarında məhsulların qiymətlərində kəskin bahalaşmanın ölkədə işgüzar fəallığa, əhalinin rifahına və alıcılıq qabiliyyətinə mənfi təsirinin qarşısının alınması məqsədilə təxirəsalınmaz antiinflyasiya tədbirlərinin gücləndirilməsi geniş müzakirə olunub.

Azərbaycanda inflyasiyanın iqtisadi fəallıq üçün məqbul səviyyədə saxlanılması, inflyasiyanın makroiqtisadi və maliyyə sabitliyi üçün xələl gətirməyən həddə qorunması, ölkədə qiymətlərin bazar prinsipləri əsasında formalaşmasını qorumaqla əhalinin sosial rifahına inflyasiyanın təsirlərinin minimallaşdırılması, daxili bazarda süni qiymət artımı üzərində monitorinqin gücləndirilməsi, sahibkarlar üçün güzəştli kredit və faiz subsidiyası mexanizmi, yüksək idxal inflyasiyasının məhdudlaşırılması üçün tədbirlər müzakirə olunub.
 
Qiymət artımı şəraitində əhalinin real gəlirlərinin və alıcılıq qabiliyyətinin qorunmasına yönəlmiş tədbirlər və Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə əmək haqları, sosial ödənişlər və sosial dəstək tədbirlərinin artırılması xüsusi vurğulanıb. Bu sosial islahat paketinin 3,4 milyon insanı əhatə etdiyi və bu məqsədlər üçün əlavə 2,1 milyard manat dövlət vəsaitinin ayrıldığı bildirilib. İclasda sosial dəstək tədbirlərinin davam etdirilməsi, zərurət olduğu təqdirdə özünüməşğulluq və haqqı ödənilən ictimai işlər proqramının əhatə dairəsinin daha da genişləndirilməsi və digər aktual məsələlər barədə müvafiq tapşırıqlar verilib.
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM