Prezidentdən Seyfulla Əzimovla bağlı SƏRƏNCAM

14:32 | 01.07.2020
Prezidentdən Seyfulla Əzimovla bağlı SƏRƏNCAM

Prezidentdən Seyfulla Əzimovla bağlı SƏRƏNCAM

Prezident İlham Əliyev 2 iyul – Polis günü bayramı ilə bağlı sərəncam imzalayıb. 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov "Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, Prezident İlham Əliyevin sərəncamı ilə nazirliyin rəhbər heyətində təmsil olunan 3 nəfərə general rütbələri, 26 nəfərə isə müxtəlif dövlət mükafatları verilib:

"Prezident İlham Əliyevin sərəncamı ilə Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimova general-leytenant rütbəsi verilib. Nazirliyin Baş Mühafizə İdarəsinin rəisi Nurullah Məmmədxanlı və Bakı Şəhər Baş Polis İdarəsi rəisinin müavini Teymur Hacıyevə isə polis general-mayoru rütbəsi verilib”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb