Prezidentdən Vahid Əliyevlə bağlı SƏRƏNCAM

17:10 | 18.04.2019
Prezidentdən Vahid Əliyevlə bağlı SƏRƏNCAM

Prezidentdən Vahid Əliyevlə bağlı SƏRƏNCAM

Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. 

AZƏRTAC xəbər verir ki, müvafiq sərəncam prezident İlham Əliyev tərəfindən imzalanıb. 

Sərəncama əsasən, Azərbaycan Respublikasında hərbi sahədə səmərəli fəaliyyətinə görə Vahid Əli oğlu Əliyev 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Qeyd edək ki, o, 1969-cu ildə Bakı şəhərində anadan olub.

General-leytenant Vahid Əliyev Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavinidir.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti