Prezidentdən yüksək vəzifəyə təyinat - FOTO

18:29 | 16.11.2018
Prezidentdən yüksək vəzifəyə təyinat - FOTO

Prezidentdən yüksək vəzifəyə təyinat - FOTO

Əmək və əhalinin sosial müdafiəsi nazirinin daha bir müavini işdən çıxarılıb.

Anews.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamla nazir müavini İdris İsayev vəzifəsindən azad olunub.


Qeyd edək ki, bir neçə gün əvvəl əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov vəzifəsindən azad edilmişdi.

Amma əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsindən azad olunan İdris İsayev işsiz qalmayıb. Belə ki, Prezident İlham Əliyevin imzaladığı digər sərəncamla İdris İsayev təhsil nazirinin müavini təyin olunub.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb