“Prezidentə acınacaqlı vəziyyət haqda danışacağam” - Faiq Ağayev

15:35 | 25.03.2019
“Prezidentə acınacaqlı vəziyyət haqda danışacağam” - Faiq Ağayev

“Prezidentə acınacaqlı vəziyyət haqda danışacağam” - Faiq Ağayev

"Dövlət başçımız mədəniyyət xadimləri ilə görüşəndə orada 1 nəfər də olsun estrada musiqisini təmsil edən şəxs görmədim, əfsus. Kimlər bu siyahını hazırlayıbsa, sanki bizi görməzlikdən gəlib”.


Bakupost.az-ın məlumatına görə, bu sözləri xalq artisti Faiq Ağayev sosial şəbəkədə yazıb.


Müğənni deyib ki, əgər bir daha belə görüş təşkil olunsa və dəvətlilər sırasında olsa, ölkə başçısına bir çox şeyi danışacaq: "Əgər bir daha belə görüş təşkil olunsa və dəvətlilər sırasında olsam, cənab Prezidentə mütləq ümumi acınacaqlı vəziyyət haqda, çıxış yolları barədə danışacağam”.


Qeyd edək ki, müğənni Əkbər Əliyev feysbukda televiziyaların efir siyasətini tənqid edən status paylaşıb və Faiq Ağayevdən kömək istəyib: "Reytinqə görə iyrənc hərəkətlər edən məxluqları, ekstrasensləri televiziyalara dəvət edib onları dağ başına qoyurlar. Mən bu məxluqları görəndə utanıram. Meydanda lazımsız insanlar çoxdur. Bunun sonu olmalıdır. Bu məsələni ancaq dövlət başçımız həll edə bilər. Xalq artistləri Flora Kərimova, Brilliant Dadaşova, Faiq Ağayevdən xahiş edirəm bizi bu bəladan qurtarsınlar”.




www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM