Dövləti başçısı ilk dəfə Azərbaycana səfər edən heyət üzvlərinin ölkəmizlə yaxından tanış olmaları üçün səfərin yaxşı fürsət yaradacağına ümidvar olduğunu bildirib. D. Harrisin ölkəmizin yaxın dostu olduğunu vurğulayan Prezident İlham Əliyev səfərin qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından da önəmini qeyd edib. Amerika Yəhudi Komitəsinin icraçı direktoru D. Harris isə Azərbaycanın ABŞ üçün çox əhəmiyyətli bir ölkə olduğunu vurğulayıb. D.Harris təmsil etdiyi təşkilatın Azərbaycan ilə ABŞ arasında əlaqələrin dərinləşdirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanda müxtəlif dini icmaların birgə yaşayışı, multikulturalizmin daha da inkişaf etdirilməsi ilə bağlı görülən tədbirlərin önəmi qeyd olundu, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !