Prezidenti təhqir edənlər həbs edildi

23:23 | 10.10.2014
Prezidenti təhqir edənlər həbs edildi

Prezidenti təhqir edənlər həbs edildi

Tutulanlar arasında 30 Belarus azarkeşi də saxlanıbBelarus polisi Ukraynanın yüzə yaxın futbol azarkeşini saxlayıb.ANS PRESS-in məlumatına görə, onlar AVRO-2016 seçmə mərhələsində Belarus-Ukrayna oyununda Rusiya prezidenti Vladimir Putin haqda təhqiramiz şüarlar səsləndiriblər. Eyni ittihamla 30 Belarus azarkeşi də saxlanıb.Oyun vaxtı tutulanların əksəriyyəti buraxılıb. Bu gün keçirilən məhkəmədə xuliqanlığa görə 12 ukraynalıya 5 sutkadan 10 sutkayadək həbs cəzası kəsilib. Belaruslu 12 azarkeş isə cərimələnib.AVRO-2016-nın seçmə mərhələsində Belarus-Ukrayna oyunu 0:2 qonaqların qələbəsi ilə başa çatıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti