Prezidentin adından reallığı əks etdirməyən saxta məlumatlar yayılır

18:25 | 11.07.2024
Prezidentin adından reallığı əks etdirməyən saxta məlumatlar yayılır

Prezidentin adından reallığı əks etdirməyən saxta məlumatlar yayılır

Bir sıra saxta sosial şəbəkə hesablarda edilən paylaşımlar vasitəsi ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından guya vətəndaşların ölkənin bank sektoruna investisiya qoymağa təşviq edən videomüraciət yayılmışdır. Bildiririk ki, qeyd olunan videomüraciət "deep-fake” texnologiyası ilə hazırlanmışdır və heç bir reallığı əks etdirmir.Bu barədə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin birgə məlumat yayıb.

Cəmiyyəti yalnız rəsmi mənbələrin verdiyi məlumatlara inanmağa çağıraraq xatırladırıq ki, Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytı və sosial media hesabları informasiya mənbəyi olaraq daim aktivdir və dövlət başçısının fəaliyyətini operativ formada işıqlandırmaqdadır:

"Azərbaycan vətəndaşlarını, jurnalistləri, ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatəsaslı kampaniyaların vüsət aldığı bir şəraitdə sayıq olmağa səsləyirik.
"Deep-fake” texnologiyalarından istifadə edərək hazırlanmış saxta və yalan videomüraciət, habelə onun mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM