Prezidentin evini su basdı

21:02 | 04.06.2015
Prezidentin evini su basdı

Prezidentin evini su basdı


Dövlət başçısının evi leysandan ziyan çəkən iki min evdən biri olub

Prezidentin evini su basdı. ANS PRESS-in məlumatına görə, bu hadisə Nikaraquada baş verib. 

Belə ki, ölkə prezidenti Danel Orteqinin evi sel nəticəsində ziyan görən 2 min evdən biri olub. Bu barədə ölkə rəhbərliyi özü məlumat yayıb. 

"Ötən gün su topuğa qədər idi. Düzdür bunu deyəndə heç kim bizə inanmır", deyə ölkənin birinci xanımı Rosario Murilo bildirib. 

Onun sözlərinə görə, prezidentin evindən suyu vedrələrlə boşaldıblar. Bu işdə ailəyə hərbçi və polis də kömək edib. 

Ümumilkdə güclü leysan 10 mindən çox insanın əmlakına ziyan vurub. 9 xəstəxana su altında qalıb, xəstələr evakuasiya edilib. 

Qeyd edək ki, cəmi iki saata Nikaraquaya bir aylıq normada yağış düşüb. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM