Dünən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın evinin yerləşdiyi Üsküdar Kısıklı məhəlləsində həyəcanlı anlar yaşanıb.
ANN.Az türk mediasına istinadən xəbər verir ki, məhəllədən keçən iri yük maşınında olan iki nəfər adam arasında atışma baş verib. Bu vaxt prezident Ərdoğan evdə olduğu üçün prezidentin mühafizəçiləri və prezidentin təhlükəsizliyinə cavabdeh olan digər mühafizə qurumları hərəkətə keçib.Atəş açılan yük maşını saxlanılıb, silahlı şəxs polislərin və mühafizə işçilərinin səyi nəticəsində zərərsizləşdirilib. Hadisə ilə bağlı tədqiqat aparılır.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !