Prezidentin gəlişini gözləyən üç nəfər istidən öldü

11:34 | 27.08.2015
Prezidentin gəlişini gözləyən üç nəfər istidən öldü

Prezidentin gəlişini gözləyən üç nəfər istidən öldü

Türkmənistanda 10 nəfərdən çox adam ölkə prezidenti Qurbanqulu Berdımuhəmmədovun stadionda təşkil edilən təntənəli mərasimə gəlişini günün altında 7 saata yaxın gözlədikdən sonra xəstəxanaya yerləşdirilib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, biri uşaq olmaqla onlardan üçü ölüb.

Faciənin Ağqabaddakı "Kopetdağ” stadionun yenidənqurmadan sonrakı açılış mərasimində qeydə alındığı bildirilir. Həmin gün Türkmənistan paytaxtında havanın hərarəti 40 dərəcədən yuxarı olub.

İnsanları stadiona kütləvi şəkildə səhər saat 5-dən yığıblar.

Berdımuhəmmədov yalnız saat 11:45-də gəlib. Bu vaxt ərzində stadiona toplaşanlar arasında 4 yaşdan 15 yaşa qədər uşaqlar, eləcə də 70 yaşlı qocalar olub. Onlar ayaq üstə dayanaraq prezidenti gözləyiblər. Məlumatda qeyd edilir ki, bu müddətdə onlara su içməyə, yeməyə, hətta ayaqyoluna belə getməyə imkan verilməyib.

7 saat ərzində 50 nəfər huşunu itirib, 5 uşaq və 9 yaşlı isə xəstəxanaya göndərilib, üçü orada həyatını itirib.
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti