Dinindən, hansı millətə mənsub olmasından və dünyanın harasında yaşamasından asılı olmayaraq istər qadın, istərsə də kişilərin əksəriyyətinin ömür tarixçəsinə ilk məhəbbət də yazılır. Kimsə ilk məhəbbətinə qovuşur və sevib-seçdiyi həmin şəxslə birgə ömrünü başa vurur. İlk məhəbbətinə qovuşmayanlar da az deyil. Hətta ilk məhəbbətin qovuşa bilməməsi səbəbindən bu gün də həyatına qəsd edən, başqasının ömrünə son qoyan insanlar az deyil. Müasir dövrün leyliləri və məcnunları haqda əsərlər yazılmasa da, ən azı onların öz xatirələrində ilk məhəbbət yaşadılır. Dünyanın ən tanınmış şəxslərinin, siyasətçilərin, hətta dövlət başçılarının ilk məhəbbəti olub. ANN.Az xəbər verir ki, Modern.az saytı “İlk məhəbbət” layihəsinə başlayır. Bu layihədə dünyanın ən tanınan adamları ilə yanaşı, Azərbaycanın da tanınmış siyasətçiləri, ən tanınmış elm adamları, digər peşə sahiblərinin, hətta ən tanınmış həmkarlarımızın ilk məhəbbətləri ilə oxucuları tanış etmək niyyətindəyik.Dünyanın tanınmış siyasətçilərinin, xüsusilə dövlət başçılarının həyat yoldaşları, onların sevgililəri haqda çox şey məlumdur. Məlum olan həm də odur ki, bəzi siyasətçilərin, digər tanınmışları ilk məhəbbətləri onların yanındadır, yəni ilk məhəbbəti uğursuzluğa düçar olmayıb. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin həyat yoldaşı olduğu kimi, sevgililəri haqda da xeyli faktlar var. Hətta onun sevgilisindən bir oğlu olduğu da iddia edilir. Amma, sən demə, Nazarbayevin cavan yaşlarında sevdiyi, sözün həqiqi mənasında aşiq olduğu və evlənmək istədiyi bir xanım da olub.Nazarbayevin ilk sevgi hekayəsi...Bəzən keçmiş bu günü istədiyin kimi yaşamaq üçün güc tapmağa kömək edir. Lyudmila Kalnış 45 ildən çoxdur gənc Nurinin xatirələri ilə yaşayır. O, bu gün Qazaxıstanın prezidenti olan Nursultan Nazarbayevdir. Lyudmila isə tibb bacısıdır. Məgər bu vacibdir? Ukraynanın Dneprodjerzinsk şəhərində canlanma hökm sürür. Küçələrdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin korteji hərəkət edir. Əsas dayanacaq 8 saylı texniki peşə məktəbidir, vacib qonaq olan Nazarbayev gənc yaşlarında burada domna peçi ixtisasına yiyələnib. Prezident məktəb yoldaşıları, müəllimləri ilə görüşüb, gözlənilmədən ürəyini açır: “Mən sizin şəhərinizdə ilk sevgi hislərini yaşamışam”. Nazarbayev şəhərə prezident kimi gələndə belə deyib.Lyudmila İvanovna bu etirafi radiodan eşidib. O, bilərəkdən görüşə getməyib, düşünüb ki, Nursultanı görsə özünü pis hiss edəcək.... Nuri Lyudanı idman zalında görüb. O, güləş bölməsində məşq edir, Lyuda isə zalın digər tərəfində bədii gimnastika ilə məşğul olurdu. Hansısa anda Lyuda arxasındakı qara gözlərin ona zilləndiyini hiss edib. O, artıq bilirdi ki, Nursultan əlaçıdır və kursun komsorqudur: “Yadımdadır, biz qızlarla akt zalında oturmuşduq, hansısa cansıxıcı növbəti iclas idi”, - Lyudmila İvanovna deyir. “Məruzəçiləri eşitmirdik. Birdən Nursultan tribunaya çıxdı. Onun rus dilində gözəl danışması məni təəccübləndirdi. Çox gözəl, səlis danışırdı, hər hansı “e”siz, “hə”siz. Məşqlərdən birindən sonra isə o məni çıxışda güdürdü. Mən əsəbiləşib küçənin qarşı tərəfindəki bir binanın girəcəyinə qaçdım. Nuri orada peyda oldu: - Bura sənin evin deyil axı...– Sən haradan bilirsən?– Bilirəm. Gedək ötürüm. Küçə qaranlıqdır, kimsə sənin xətrinə dəyər.Sonra Lyuda xəstələnir. Ağciyər iltihabı ilə xəstəxanaya düşür. Nəhayət, çarpayıdan qalxır, pəncərəyə yaxınlaşıb küçəyə baxır. Nursultanın bayırda dayandığını görür. O, xəstəxananın pəncəsinə baxırdı. Lyuda pərdənin arxasında gizlənir. Qonşu çarpayıdakı yaşlı qadın onun hərəkətini gülümsəyərək seyr edir: “Qızım, nədən qorxursan, niyə gizlənirsən? Mən hətta buradan görürəm ki, çox yaxşı oğlandır”.O, sağalanda ilk dəfə Nursultanla tanqo rəqsi edir: “Nuri elə ehtiyatla edirdi ki... başqa oğlanlar kimi məni özünə sıxmırdı. O, yanımda olanda rahatlıq və etibar tapırdım”.Nursultanın ilk evlilik təklifiLyudmila xatirələrini bölüşməkdə davam edir: “O, sonra şəklimi istədi və özününkünü mənə verdi”. Sonra Lyudmilanın anası ilə tanışlıq növbəsi çatır: “O, çox əsəbiləşirdi və ayaqqabılarını dəhlizdə çıxarırdı. Anama dedi ki, yaxın zamanda vətəninə qayıtmalıdır. Nursultan süfrəni yolur, sanki daha mühüm bir şey demək istəyirdi. Amma nə? Bu, bir neçə gündən sonra aydınlaşdı. O zaman yaxın rəfiqəm mənə yaxınlaşıb qulağıma pıçıldadı: “Məni Nursultan yollayıb. İstəyir ki, sən ona ərə gedəsən və siz birlikdə Qazaxıstana gedəsiniz. O, cavab gözləyir”.Lyuda quş kimi vurnuxub deyir: “Bəs təhsil?”.“Mən məktəbə Nursultandan gec gəlmişdim, bir il hələ oxumalıydım. Eyni zamanda 19 yaşlı oğlanın təklifinin ciddi olduğunu düşünmürdüm. Yaxın münasibətə hazır deyildim. Biz anamla rahibə kimi yaşayırdıq. 4 yaşım olanda atam bizi qoyub getmişdi. Anam isə bir daha ərə getməmişdi”. Dəhşətli axmaqlıqLyuda Nuriyə ərə getməkdən imtina edir, “yox” cavabı verir. Ancaq ümidini itirmir, Qazaxıstana məktub yazır. Lyuda həyatının universitetini keçib. Peşə məktəbini bitirib, tikişçi kimi şəhərin ən yaxşı atelyelərindən birində işə düzəlir. Ancaq direktorun hansısa səbəbdən ondan xoşu gəlmir: “Bütün briqadının yanında məni alçaldırdı. Mən həmişə ayaqyoluna qaçıb ağlayırdım. Bu qadın mənə qarşı dovşan kimi davranırdı”.Lyuda növbəti dəfə ağlamaqdan gözləri qızarmış formada işdən qayıdanda onun arxasınca düşən gənc leytenant yaxınlaşıb deyir: “Qız, mənə ərə gələrsən? Mən sizi apararam”. “Mən sizi apararam” sözü ona qəribə gəlir. İşdən və rəisdən uzaqlaşmaq, bütün bu dəhşətli problemlərdən qurtarmaq üçün yaxşı fürsət düşdüyünü fikirləşib razılıq verir. “Bu dəhşətli axmaqlıq idi. Biz “ZAQS”da dayanmışdıq, düşünürdüm ki, biz bir dəfə olsun öpüşməmişik”.Onlar dərhal ərinin xidmət etdiyi yerə - Həştərxan vilayətinə yollanırlar. Həyat yoldaşı hədsiz davakar olur, hətta arvadına əl qaldırmaqdan çəkinmir. Lyuda 5 il dözür, sonra kiçik qızı və gözünün altındakı göylə evlərinə qayıdır. Onun 25 yaşı vardı, həyat elə gətirmişdi ki, keçmiş gimnast beli bükük gəzirdi: “Evimə yığışandan sonra köhnə portfeli tapdım, orada Nurinin məktubu vardı. Oturub oxudum, dərhal gözlərimdən yaş axmağa başladı. Başa düşdüm ki, öz sevgimi görmüşəm. Amma sevinc itki ağrısı ilə birlikdə mənim yanıma gəldi. Nursultanın qəlbimə saldığı sevgi toxumu gülə çevrildi”.İkinci təhsil alıb tibb bacısı olmaq Lyudmilanın çoxdankı arzusu idi. O, saçını darayıb, təzə paltar geyinib bu arzusuynun arxasınca gedir: “Yox, mən Nusultana məktub yazmağa hazırlaşmırdım. Hesab edirdim ki, ona layiq deyiləm. Allaha yalvarırdım ki, o məndən daha yaxşı qız tapsın. Mən artıq ona görə xoşbəxt idim, məktubları mənə həyat verirdi”.Beş dəqiqəlik görüşLyudmila demək olar 20 il Nursultanın taleyindən xəbər tuta bilmir. Birdən qəzetdəki şəkli görür, xəbərdə isə qeyd edilirdi ki, Nazarbayev Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katıbı təyin olunub. SSRİ dağılandan sonra 1991-ci ildə Nursultan Abişeviç respublikanın prezidenti seçilir, 1994-cü ildə isə Dneprodzerjinskə gəlir. İlk məhəbbət haqqında radiodan bu xəbəri eşidən Lyudmila İvanovna axır ki, məktub yazamağa qərar verir. Ünvanı bilmir, sadəcə - “Qazaxıstan, prezidentə” yazıb yollayır. Bir ay keçəndən sonra səhər telefonuna zəng gəlir. O, dərhal səsi tanıyır. Prezident soruşur: “Necəsən? Kiminlə yaşayırsan?”- Qızım və nəvəmlə!- Üçünüz?- Üçümüz.Bu vaxt sözün həqiqi mənasında Lyudmila İvanovnanın əri olur: “Biz yaşlı vaxtımızda ittifaq bağlamışdıq, bu hörmət əlaməti idi, sevgi yox. Ona görə mən dedim ki, üçümüz bir yerdə yaşayırıq. Ürəyimdə ərim yox idi. Həmin gün mən qızımla qalmışdım. Ərimin yanına bir daha qayıtmadım. Məgər mən Nursultanı aldada bilərdim?”.Bir qədər sonra Nazarbayev bir daha Dneprodjerzinskə, şəhərin yubiley tədbirlərində iştirak etmək üçün dəvət olunur. Lyudmila İvanovnanın arxasınca etibarlı adamlar gəlir, onu təntənəli şam yeməyinə aparırlar: “Bizim gözgözə münasibətdə olmağımız üçün 5 dəqiqə vaxtımız vardı. Mən onun sevgisinə cavab vermədiyim üçün peşiman idim. Ancaq onun sevgi hissi indi də yaşamağıma kömək edir”.Lyuda yalnız bir dəfə ona yardım üçün müraciət edir. Nəvəsinin böyrəyi əməliyyat olunmalı idi. Xəstəxanada böyük miqdarda pul lazım olduğuna işarə edirlər. Bu qədər pulu isə yox idi. O zaman Nazarbayevə teleqram vurur. Hər şey tez yoluna qoyulur...
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !