Prezidentin keçmiş sevgilisi kompensasiya tələb edir

11:22 | 18.02.2014
Prezidentin keçmiş sevgilisi kompensasiya tələb edir

Prezidentin keçmiş sevgilisi kompensasiya tələb edir

Fransa prezidenti Fransua Ollandın vətəndaş nigahında yaşadığı keçmiş xanımı Valeri Trierveyler şəxsi həyatının pozulmasına görə, 55 min dollar kompensasiya tələb edir. Trierveyler onun çimərlik paltarında şəkillərini çəkib yayan "Closer" jurnalını məhkəməyə verib. 

ANN.Az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, fotolar Mavriki adasının çimərliklərindən birində çəkilib. Şəkillərin jurnalda çıxmasına Trierveylərin oğlu da sərt reaksiya verib, o jurnalistlərdən anasından əl çəkməyi tələb edib. 

Məhz "Closer" jurnalı yanvar ayında Ollandın 41 yaşlı aktrisa Juli Qaye ilə romanının olduğunu yazmışdı. Bu iddiadan bir müddət sonra Beşinci Respublikanın 59-cu prezidenti Trierveylərlə münasibətinin bitdiyini bildirib. Trierveylerlə Olland 2007-ildən bəri birlikdə idilər. 

Valeri Trierveylərin jurnalistlərdən qisas almaq istəməsinin səbəbi var. "Closer" xəyanətkar Ollandla Trierveylər arasındakı mübahisənin sirr pərdəsini açmışdı. Trierveylər əsəbindən az qalsın 3 milyon dollarlıq qədim vazanı sındıracaqmış, buna görə də qulluqçular ona Rotveyler adını qoyublarmış. 

"Closer" jurnalını Fransua Ollandın yeni məşuqəsi Jene Qaye də şəxsi həyatının pozulması ittihamıyla məhkəməyə verib. O jurnaldan 45 min dollar kompensasiya tələb edir. 

ANN.Az 

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti