Prezidentin köməkçisi “Qarabağ”ın oyunundan yazdı

12:49 | 19.10.2017
Prezidentin köməkçisi “Qarabağ”ın oyunundan yazdı

Prezidentin köməkçisi “Qarabağ”ın oyunundan yazdı

"Siyasətdə baş verənlər idmanda da təkrar olunur".

Anews.az xəbər verir ki, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi-şöbə müdiri Novruz Məmmədov özünün "Twitter" səhifəsində dünən UEFA Çempionlar Liqası qrup mərhələsi çərçivəsində "Qarabağ" - "Atletiko Madrid" klubları arasında keçirilən oyunda fransız həkimin qərarını şərh edərkən bildirib. 

"Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını - Qarabağ klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandanın qapısına isə penalti təyin edilmədi və digər pozuntulara göz yumuldu", - deyə prezidentin köməkçisi əlavə edib. 

Qeyd edək ki, dünən keçirilən görüşdə fransız hakim Rudi Buke 75-ci dəqiqədə "Qarabağ" futbolçusu Dino Ndlovuya qarşı "Atletiko"nun cərimə meydançasında edilən kobudluğa göz yumaraq, penalti vermək əvəzinə, Ağdam təmsilçisinin üzvünə ikinci sarı vərəqə göstərib və oyundan çıxarıb. 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM