• $ 1.7
  • € 1.9911
  • ₽ 0.021666
  • ₺ 0.0425
  • £ 2.3096

Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə gedib

Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhəddə gedib
04.05.2021 16:32
2021-ci ilin 3-4 may tarixlərində Azər­baycan Respublikası Preziden­tinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-pol­kov­nik Məhərrəm Əliyev və Azərbaycan Respublikasının Dövlət Sər­həd Xid­mətinin rəisi gene­ral-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qo­şun­ları­nın "Qubadlı” əlahiddə sərhəd divi­zi­yasının hərbi hissə və bölmələ­rinə səfər etmişlər.


Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən Anews.az-a bildirilib ki, səfər çərçivəsində ölkəmizin ərazi bütövlüyü bərpa edildikdən və iş­ğal­ altında olan torpaqlarımız azad olunduqdan sonra bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması ilə bağlı Azər­baycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tap­şırıqlarının icra və­ziy­yəti yoxla­nıl­­mış, son müddətdə bu ərazilərdə artıq 10 yeni hərbi hissənin fəaliyyətə başlamasının böyük əhəmiyyət kəsb etməsi xüsusi qeyd olunmuşdur.


26 aprel tarixində Cəbrayıl rayonu ərazisində Dövlət Sərhəd Xid­mətinin yeni inşa olunmuş hərbi hissəsinin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti Si­lah­lı Qüvvələrin Müzəffər Ali Baş Ko­mandanı cənab İlham Əliyevin sərhədçilər qarşısında çıxışından irəli gələn məsələlərin qısa müddətdə həll olunmasının vacibliyi vurğulanmış, Azərbaycan sərhədçilərinin bu tapşırıqların da öhdəsindən layiqincə gələ­cəklərinə əminlik ifadə olunmuşdur.


Ezamiyyət müddətində əlahiddə sərhəd divi­zi­yasının xidməti ərazi­sin­də dövlət sər­hədinin etibarlı mühafizəsinin təşkili lstiqamətində həyata keçirilən fəa­liyyətlər, o cümlədən yeni hərbi hissələrin inşası­, sərhəd yol­larının çəkil­məsi, ərazidə hərəkətin təmin edilməsi üzrə tikin­ti-quru­culuq işlə­­ri və təhlü­kəsizlik tədbirləri nəzərdən keçirilmiş, sərhəd-döyüş məntəqə­lərində xid­mət aparan sərhədçilərlə görüşül­müş, hərbi qulluqçuların xid­məti-döyüş və məişət şərait­lə­ri ilə tanış olunmuşdur.


Əlahiddə sərhəd diviziyasının rəhbər heyətinin iştirakı ilə xidməti mü­şa­virə keçirilmiş, vəzifəli şəxslərin xidməti ərazidə mövcud olan əməliy­yat şəraiti və görülən tədbirlər haqqında məruzələri dinlənilmiş, hərbi hissə və bölmələrin döyüş ha­zır­lığının daha da yük­səl­dil­məsinin, dövlət sər­hədi­nin to­­xunul­maz­lığının və şəxsi heyətin təh­lükə­siz­liyinin təmin edil­məsinin vacibliyi xüsusi qeyd olunmuşdur.


Səfər çərçivəsində həmçinin Azərbaycan-İran dövlət sərhədində Zən­gilan rayonu ərazisində "Bartaz” sərhəd zastavasında xidməti-döyüş fəaliy­yə­tinin təşkili, döv­lət sərhədinin etibarlı mühafizəsinin daha da yüksəl­dil­məsi üçün görülən işlərlə yerindəcə tanış olunmuş, şəxsi heyətin xidməti və yaşayış şəraitinə baxış keçirilmiş, zəruri tapşı­rıq və tövsiyələr verilmişdir.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Siyasət 16:35
Prezident BMT sazişi ilə bağlı fərman imzalayıb
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Siyasət 15:57
Prezident Fatih Birolla bağlı sərəncam imzalayıb
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
Siyasət 15:52
Səfirin birinci katibi şəxsi həyatı ilə bağlı işini itirib
DTX-nin hərbi qulluqçularının  maaşları 10% qaldırılıb
Siyasət 17:32
DTX-nin hərbi qulluqçularının maaşları 10% qaldırılıb
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Siyasət 14:52
Zəfər Konstitusiyasının qəbuluna zərurət yaranıb - Deputat
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Siyasət 16:01
Nazir Xankəndində müşavirə keçirib - Rəsmi
Vaşinqton Qafqazda sabitliyi pozur   - Kreml
Siyasət 17:18
Vaşinqton Qafqazda sabitliyi pozur - Kreml
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Siyasət 13:16
MAXE olmaq istəyənlər üçün bugündən qəbul başlayır
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Siyasət 15:53
Nazir Paşinyanın sülhlə bağlı fikirlərini yüksək qiymətləndirib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol