Prezidentin köməkçisindən 190 manatlıq bloklanmış kartlarla bağlı AÇIQLAMA

12:14 | 08.08.2020
Prezidentin köməkçisindən 190 manatlıq bloklanmış kartlarla bağlı AÇIQLAMA

Prezidentin köməkçisindən 190 manatlıq bloklanmış kartlarla bağlı AÇIQLAMA

"190 manat aztəminatlı və işsiz şəxslərə, ehtiyacı olanlara verilirdi. Biz bloklanmış kartlarda gördük ki, 190 manatdan bir manat belə istifadə olunmayıb”.

Anews.az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.


"Əgər vətəndaş tərəfindən heç olmasa 10 manat götürülsəydi, onun ehtiyacı olduğuna əmin olardıq. Dövlət tərəfindən pul ehtiyacı olanlara verilməlidir”, - deyə, o qeyd edib.

Köməkçi əlavə edib ki, bir ay ərzində 190 manatın bir manatı belə istifadə olunmayıbsa, demək, bu adamın ehtiyacı yoxdur.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM