Prezidentin maaşı azaldıldı

11:00 | 26.12.2013
Prezidentin maaşı azaldıldı

Prezidentin maaşı azaldıldı

 Gürcüstan prezidentinin əmək haqqı 9000 laridən (5200 dollar) 6900 lariyə (4000 dollar) endirilib. Lent.az-ın məlumatına görə, “Gürcüstan prezidentinin əməyinin dəyərləndirilməsi haqqında” Qanuna müvafiq düzəliş edilib.Layihə üzrə məruzəçi, parlament çoxluğunun lideri David Saqanelidze bildirib ki, dövlət başçısı Georgi Marqvelaşvili müxalifətin mövqeyi ilə razılaşıb. Müxaliflər prezidentin maaşının bütün sivil dünyada qəbul olunduğu kimi, Ali və Konstitusiya məhkəmələri sədrlərinin əmək haqqından aşağı olmasının gərəkliyini bildiriblər.Qeyd edək ki, qanun layihəsi səsverməyə çıxarılıb və birinci oxunuşda səs çoxluğu ilə qəbul olunub.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM